Türkiyə millisinin AVRO-2020 üçün geniş heyəti

İDMAN
12:36 / 14.05.2021
1047
Futbol üzrə Türkiyə milli komandasının Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.
 
HİT.az xəbər verir ki, baş məşqçi Şenol Güneş 30 oyunçuya dəvət göndərib. "Qalatasaray"dan Kerem Aktürkoğlu, Halil Dervişoğlu və "Beşiktaş"dan Rıdvan Yılmaz ilk dəfə milliyə dəvət alıb.
 
Qapıçılar: Mert Günok (Başakşəhər), Uğurcan Çakır (Trabzonspor), Altay Bayındır (Fənərbağça), Gökhan Akkan (Rizəspor).
Müdafiəçilər: Rıdvan Yılmaz (Beşiktaş), Mert Müldür (Sassuolo/İtaliya), Kaan Ayhan (Sassuolo/İtaliya), Zeki Çelik (Lill/Fransa), Merih Demiral (Yuventus/İtaliya), Ozan Kabak (Liverpul/İngiltərə), Çağlar Söyüncü (Lester/İngiltərə), Umut Meraş (Le Havr/Fransa).
Yarımmüdafiəçilər: Taylan Antalyalı (Qalatasaray), Mahmut Tekdemir (Başakşəhər), Dorukhan Toköz (Beşiktaş), Ozan Tufan (Fənərbağça), Okay Yokuşlu (Vest Bromviç/İngiltərə), Orkun Kökçü (Feyenoord/Niderland), Yusuf Yazıcı (Lill/Fransa), İrfan Can Kahveci (Fənərbağça), Hakan Çalhanoğlu (Milan/İtaliya)ş
Hücumçular: Halil İbrahim Dervişoğlu (Qalatasaray), Kerem Aktürkoğlu (Qalatasaray), Efecan Karaca (Alanyaspor), Halil Akbunar (Göztəpə), Abdülkadir Ömür (Trabzonspor), Cengiz Ünder (Lester/İngiltərə), Burak Yılmaz (Lill/Fransa), Enes Ünal (Xetafe/İspaniya), Kenan Karaman (Fortuna/Almaniya).
 
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 
Xatırladaq ki, komanda mayın 27-də Alanya şəhərində Azərbaycan seçməsi yoldaşlıq görüşündə ilə üz-üzə gələcək. "Ay-ulduzlular" iyunun 3-də isə Moldova ilə qarşılaşacaq. Mayın 31-də Şimali İrlandiya ilə matç ləğv olunub.
 
0