Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

İDMAN
14:40 / 15.05.2021
960

Türkiyə milli komandasının Şimali İrlandiya yığması ilə yoldaşlıq görüşü ləğv olunub.

HİT.az-ın məlumatına görə, bu barədə "ay-ulduzlular"ın baş məşqçisi Şenol Güneş açıqlama verib. 69 yaşlı mütəxəssis belə bir qərarı Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldan alınmasının ardından Şimali İrlandiya Futbol Assosiasiyasının qəbul etdiyini bildirib.

Böyük Britaniya hökuməti Türkiyəni koronavirusun geniş yayıldığı ölkələrdən biri kimi "qırmızı siyahı"ya salıb. Bu səbəbdən, Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionuna keçirilib.

Türkiyə - Şimali İrlandiya görüşü mayın 31-də keçirilməli idi. Bu, mayın 27-də Azərbaycanla nəzərdə tutulan yoldaşlıq görüşündən sonraya təsadüf edəcəkdi. Şimali İrlandiyanı hansı ölkənin əvəzləyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanya Bahçeşehir Okulları və ya "Oba" stadionunda keçiriləcək.

0