AFFA bəzi klubları cərimələdi

19:50 / 17.05.2021
2009

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

HİT.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 26-cı turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;

“Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;

Premyer Liqanın 27-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

0