Güləşçimiz erməniyə qalib gəldi

İDMAN
17:14 / 18.05.2021
1056

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

HİT.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.

Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əzmkar qələbə qazanıb - 6:3.

Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.

Qeyd edək ki, Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

0