Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində rəqibləri bəlli olub

23:30 / 20.05.2021
2040

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Hit.az-ın məlumatına görə, avqustun 18-dən sentyabrın 4-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibliyi edəcəyi həlledici mərhələdə Azərbaycan yığmasının rəqibləri də bəlli olub.

Komandamız Belqradda baş tutan püşkün nəticəsinə əsasən A qrupunda yer alıb. Voleybolçularımız final mərhələsində Serbiya, Rusiya, Belçika, Fransa və Bosniya və Herseqovinaya rəqib olublar. Millimizin oyunları Belqradda "Ştark Arena"da baş tutacaq.

Yığmalar hərəsində 6 komanda olmaqla 4 qrupda yarışacaqlar. Reqlamentə əsasən hər qrupdan 4 yığma isə pley-offa yüksələcək.

Pley-off və 1/4 final mərhələsinin görüşləri Belqradla Plovdivdə baş tutacaq. Medallar uğrunda matçlar isə Serbiyada yekunlaşacaq. Yarımfinal və final oyunlarına Belqrad ev sahibliyi edəcək.

A qrupu, Belqrad: Serbiya, Azərbaycan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina
B qrupu, Plovdiv: Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan
C qrupu, Zadar: Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə
D qrupu, Kluj-Napoka: Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya, İsveç

Qeyd edək ki, yığmamız final mərhələsinə son Avropa çempionatında 10-cu olmaqla vəsiqə qazanıb.

0