Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə çempionatında çıxış edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu gün Azərbaycan Kubokunu qazandığı "Keşlə” klubundan ayrıldığını bildirən 25 yaşlı hücumçu qardaş ölkənin I divizionunda oynayacaq.
O, artıq bazar ertəsi Türkiyəyə yola düşəcək. Onun xidmətində maraqlı olan klublar "Keçiörəngücü”, "Menemen Bələdiyyəspor” və Super Liqadan düşmüş "Dənizlispor”dur.
Qeyd edək ki, hazırda Türkiyə I divizionunda Azərbaycandan yalnız Araz Abdullayev oynayır. O, "Boluspor”da çıxış edir.