Azərbaycanlı idmançı Avropa çempionu oldu

İDMAN
16:49 / 03.06.2021
1362

Polşanın Bıdqoşç şəhərində keçirilən paraatletika üzrə Avropa açıq çempionatında daha bir idmançımız qızıl medal qazanıb.

F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8,23 m nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, bu, millimizin çempionatda qazandığı dördüncü medaldır. Daha öncə T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6,97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5,67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43,49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.

0
oxu.az