Azərbaycanın iki boksçusu döyüşə çıxmaqdan imtina etdi, biri döyüşmədən qalib oldu

İDMAN
20:55 / 07.06.2021
2014

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Hit.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin yarımfinal qarşılaşmasından imtina etməsi səbəb olub. 

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən, İspaniyanı təmsil edən dağıstanlı Qaziməhəmməd Jalidov Dominqeslə mübarizədən imtina edib. 

Yığmamızın digər boksçularından Lorenso Sotomayor (-69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Azərbaycan əsilli Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından, bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri sabah olacaq. 

Qeyd edək ki, kişi boksçulardan ibarət milli komandamızın beş üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdirib.

0