Əli Əsədov Avro-2020 ilə bağlı müşavirə keçirdi

İDMAN
21:04 / 09.06.2021
1555

İyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Avro-2020 futbol çempionatının Bakı şəhərində keçiriləcək dörd final oyununun təşkili ilə bağlı video-konfrans formatında müşavirə keçirilib.

Nazirlər Kabinetindən HİT.az-a verilən məlumata görə, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilmişdir.

0