Həkimlər onu xəstəxanaya aparıb. Durumu ağır olan Eriksen üçün azarkeşlər, futbolçular göz yaşlarına qərq olub.
Buna görə matç dayandırılıb.
Məlumata görə, təcrübəli futbolçu artıq özünə gəlib, hazırda vəziyyəti stabildir.
21:15
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.
HİT.az xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.
Hazırda görüş dayandırılıb və meydanın içərisində yarımmüdafiəçinin müalicəsi davam etdirilir.
Qarşılaşmada hesab açılmayıb.