Adı "Neftçi” ilə hallanan fransız müdafiəçi Teddi Mezaqeni karyerasını Türkiyədə etdirəcək.
Fanat.Az xəbər verir ki, Bolqarıstanın "Beroe” klubundan ayrılan futbolçu "Eyüpspor” komandası ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mezaqe "Eyüpspor” klubunun 102 illik tarixinin ilk legioner futbolçusu olub.