Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirini 6-cı pillədə başa vurub.
Hit.az-ın məlumatına görə, buna ABŞ təmsilçisi Fabiano Karuana və rumıniyalı Boqdan-Daniel Dyak arasındakı görüşün heç-heçə başa çatması səbəb olub.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran qrossmeysterlər Rəcəbova çatmaq şansını əldən veriblər.