Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.
HİT.az xəbər verir ki, 6 güləşçimizdən biri qızıl medal qazanıb, ikisi isə finala yüksəlib.
55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.
Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.
Digər güləşçilərimizdən 45 kq-da Rahim Həsənov finalda Nikita Dementiyevlə (Ukrayna) qarşılaşacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Fərid Xəlilov finalda Levente Levayla (Macarıstan) üz-üzə gələcək.
71 kq-dakı Ruslan bürünc medal uğrunda yarışacaq. 51 kq-da çıxış edən Pərviz Dadaşov isə təsəlliverici görüşdə Erzu Zakriyev (Rusiya) ilə qüvvəsini sınayacaq.
92 kq-da yarışan Cavidan Nuri isə 1/8 finalda mübarizəni dayandırıb.