Pele Ronaldunu təbrik etdi

İDMAN
20:52 / 24.06.2021
1423

Əfsanəvi braziliyalı futboçu Pele Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunu yeni rekord münasibətilə təbrik edib.

Hit.az Sports.ru-ya istinadən xəbər verir ki, ötən gün milli komandanın heyətində Fransa seçməsinə qarşı oyunda 109-cu qolunu vuran Ronaldu İran yığmasının keçmiş üzvü Əli Daeinin rekordunu təkrarlayıb.

“Yeni rekord münasibətilə təbrik edirəm. Sənə azarkeşlik edirəm”, - Pele “Instagram” vasitəsilə Ronalduya yazıb.

0