Danimarka Uelsi məğlub edib, Bakıya gəlir

İDMAN
22:33 / 26.06.2021
1374

AVRO-2020-də 1/8 final mərhələsi start götürüb.

Hit.az-ın məlumatına görə, ilk oyun Amsterdamda keçirilib.

“Yohan Kroyf Arena”da baş tutan görüşdə Uelslə Danimarka üz-üzə gəlib. Qruplarında ikinci yeri tutan komandalar arasındakı duelin birinci hissəsi bərabər səviyyədə alınıb. Ancaq danimarkalılar 27-ci dəqiqədə Kasper Dolberqin cərimə meydançası kənarından vurduğu dəqiq zərbə sayəsində hesabı açıb.

Kasper Hyulmandın yetirmələri ikinci hissəyə də qolla başlayıb. Bu dəfə müdafiəçilərin səhvini bağışlamayan Dolberq dublunu rəsmiləşdirib. Qarşılaşmanın sonlarında skandinaviyalılar daha iki dəfə fərqlənib. Bunun əvəzində Uels 90-cı dəqiqədə Harri Uilsonun qırmızı vərəqə alması ilə yadda qalıb.

Beləliklə, 4:0 hesablı qələbə qazanan Danimarka yığması həm 1/4 finala vəsiqə qazanan, həm də bu mərhələdə Bakıda oynamağı təmin edən ilk komanda olub. Skandinaviyalılar bununla ilk dəfə ölkəmizə təşrif buyuracaq.

Qeyd edək ki, 1/8 final mərhələsi iyunun 29-da başa çatacaq.

AVRO-2020
1/8 final
26 iyun
20:00. Uels – Danimarka - 0:4
Qollar: Kasper Dolberq, 27, 48, Yoakim Mehle, 88, Martin Breytueyt, 90+6
Baş hakim: Daniel Zibert (Almaniya)

0