"Qarabağ" xorvat futbolçu ilə anlaşdı - FOTOLAR

İDMAN
14:58 / 27.06.2021
900

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" daha bir futbolçusu ilə razılığa gəlib.

HİT.az xəbər verir ki, Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

30 yaşlı oyunçu "köhlən atlar"la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"da çıxış edir. O, daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.

0