Azərbaycan yığması Dortmunda bu heyətlə yollandı

İDMAN
22:41 / 28.06.2021
2041

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Hit.az xəbər verir ki, iyunun 30-da qitə birinciliyində qızlar mübarizəyə qoşulacaq.

Yarışda ölkəmizi gənclərdən və yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Firuzə Məcidova (59 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) təmsil edəcək. Komandamız bu gün Dortmunda yollanıb.

Qeyd edək ki, yarışın proqramına əsasən, sabah bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qızlar xalça üzərinə çıxacaq. İyulun ilk günündə isə 53, 57, 62, 65 və 72 kq-da yer alan güləşçilər mübarizəyə qoşulacaq.

0