Tokio-2020-də yenilik

18:42 / 05.07.2021
1648

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.

"Report"un məlumatına görə, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək.

Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə "Tokio-2020"də tətbiq edəcəyi yeniliklərdən biridir.

Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.

0