"Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib".
Bunu Gürcüstanın "Dinamo" komandasının kapitanı Giorgi Papava evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
28 yaşlı yarımmüdafiəçi oyunun çətin keçəcəyini bildirib: "Nəticəni indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik".
Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Report