Türkiyənin “Qalatasaray” klubu Arda Turanla yeni müqavilə imzalayıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata əsasən, 34 yaşlı oyunçu ilə klub arasındakı anlaşma bir illik müddəti əhatə edir.
Mətbuata açıqlamalar verən A.Turan “sarı-qırmızılar”ın heyətinə qatıldığı ilk gündəki kimi həyəcanlı olduğunu bildirib. Yarımmüdafiəçi, həmçinin ötən mövsümdən nəticə çıxardıqlarını və azarkeşlərə futbolun ən gözəlini nümayiş etdirmək istədiklərini qeyd edib.
oxu.az