Bir yumruqla qardaşını öldürdü, 5 il cəza aldı - ŞOK SƏBƏB

İDMAN
20:55 / 08.07.2021
1956

İngiltərəli keçmiş boksçu Dominik Robson 5 il həbs cəzası alıb.

Hit.az xəbər verir ki, buna səbəb onun böyük qardaşını öldürməsi olub. Hadisə ötən il baş versə də, məhkəmə qərar indi verib. Buna səbəb istintaqın uzanması olub.

Hadisə Nyukasldakı barların birində baş verib. Barda mübahisə edən qardaşlar çölə çıxıb və Robson qardaşına bir yumruq vurub. Amma bu yumruq həyati əşəmiyyətli olub və xəstəxanaya aparılan böyük qardaş bir həftə sonra orda dünyasını dəyişib.

Hadisənin səbəbinə gəlincə, qardaşı barda Robsonun sevgilisi ilə bağlı cinsi məzmunlu zarafatlar edib. Həmin vaxt 26 yaşı olan boksçunun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qardaşı sakitləşməyib və sonda bədbəxt hadisə baş verib.(fanat.az)

0