İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə çox yaxındır.
Hit.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi İspaniya "Sevilya"sında çıxış edən Jül Kunde ilə anlaşıb.
22 yaşlı fransalı müdafiəçi paytaxt klubu ilə 5 illik müqavilə imzalayacaq. "Çelsi" transferin gerçəkləşməsi üçün "Sevilya" ilə danışıqlar aparır.
Qeyd edək ki, Jül Kunde ötən mövsüm İspaniya təmsilçisində 49 oyun keçirib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.