Koreyalı idmançını təhqir edən yunan şərhçi işdən çıxarıldı

18:17 / 28.07.2021
1365

"Tokio-2020-də çıxış edən cənubi koreyalıları təhqir edən Yunanıstanın ERT dövlət televiziya kanalının idman şərhçisi Dimostenis Karmoiris işdən qovulub.

Hit.az xəbər verir ki, o, Cənubi Koreyadan olan tennisçi Çjon Yanqsikin üçüncü turda yunanıstanlı rəqibi Panagiotis Gkionis ilə qarşılaşmasını şərh edərkən koreyalıların masaüstü tennis oynaya bilmədiklərini deyib.

"Koreyalılar masaüstü tennis oynaya bilməzlər. Gözləri çəp olduğu üçün onlar topun gəlib-getdiyini necə görərlər?”, - o bildirib və şərhçi həmkarı da buna gülüb.

Nəticədə oyun başa çatandan sonra ERT rəhbərliyi Dimostenis Karmoiris və digər şərhçi rolunda çıxış edən qonaqla əməkdaşlığı dayandırdıqlarını açıqlayıb.

Qeyd edək ki, qarşılaşmada cənubi koreyalı idmançı 4:3 hesabı ilə qalib gəlib.

0