Daha 2 futbolçu heyətdən kənarlaşdırıldı – “Fənərbaxça”da

İDMAN
18:36 / 04.08.2021
1940

Türkiyənin “Fənərbaxça” klubunda 2 futbolçu heyətdən kənarlaşdırılıb.

Hit.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça”da baş məşqçi Vitor Pereyranın istəyi ilə Caner Erkin və Sinan Gümüş komandadan uzaqlaşdırılıb. Bundan əvvəl Mame Tiam, Sadık Çiftpınar, Oğuz Kağan Güçtekin və Kemal Ademi komandadan uzaqlaşdırılmışdı.

“Neftçi” Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.

“Neftçi” HİK-lə ilk matçda qollu bərabərə qalıb – 2:2. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Finlandiyada olacaq.

0