Tokio-2020: Hacı Əliyev finalda - FOTO

İDMAN
14:07 / 06.08.2021
1221

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

HİT.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.

Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək.

Digər sərbəst güləşçisimiz Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşdə iştirak edəcək. 97 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala adlayıb.

Bu, Şərifovun avqustun 7-də təsəlliverici qarşılaşmaya qatılmasına şərait yaradıb. Təcrübəli güləşçi təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə münasibətlərə aydınlıq gətirəcək. Pəhləvan qalib gəlsə, bürünc medal uğrunda kubalı Reineris Salas Perezlə görüşəcək.
 
0