"Barselona"dan ayrılan Lionel Messi PSJ-yə keçidə razılıq verib.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
Onun "Twitter" səhifəsində yazdığına görə, PSJ müqavilənin bağlanacağına tam əmindir. Messi də tezliklə Parisə gələcəyinə söz verib. İki illik nəzərdə tutulan müqavilənin 48 saat ərzində imzalanacağı qeyd olunub. Argentinalı ulduzun PSJ-də ilinə 35 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, tərəflər arasında görüş dünənə planlaşdırılsa da, naməlum səbələrdən ertələnib.