"Qarabağ"dan kiprlilərin təxribatına sillə kimi cavab - VİDEO

İDMAN
10:14 / 13.08.2021
1572

"Qarabağ” Avropa Liqasının təsnifat mərhələsində dünən Kiprin AEL klubunu qəbul edib.

Cavab oyunda maraqlı anlar yaşanıb. Belə ki, matçın əvvəlində "Mehtər” marşı səsləndirilib. Oyun Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kiprdə baş tutan oyun zamanı AEL fanatları "Qarabağ”a qarşı qeyri-etik hərəkətlərə yol vermişdilər. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları "Qarabağ”ın tribunasının arxasına keçərək təxribatçı şüarlar səsləndirmiş, bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılmışdı.

0