Məşhur qapıçı millidəki karyerasını başa vurdu

İDMAN
21:22 / 13.08.2021
1805

Ayaks”ın qapıçısı Martin Stekelenburq Niderland millisindəki karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

39 yaşlı qolkiper bir daha yığmada çıxış etməyəcəyini bəyan edib. O, bunu yaşının çox olması ilə əlaqələndirib.

Qeyd edək ki, ilk dəfə 2004-cü Niderland seçməsinin formasını geyinən təcrübəli qapıçı millidə ümumilikdə 63 oyun keçirib və 48 qol buraxıb. Peşəkar karyerasına məhz “Ayaks”da başlayan Stekelenburq, sonralar “Roma”, “Fulhem”, “Monako”, “Sauthempton” və “Everton”da da çıxış edib. O, 2020-ci ildə yenidən “Ayaks”a qayıdıb.

0