"Bursaspor" bu azərbaycanlı futbolçunu transfer etdi - VİDEO

İDMAN
17:14 / 14.08.2021
1745

"Bursaspor" nəhayət Namik Ələskərovun keçidini açıqlayıb.

HİT,az xəbər verir ki, Bursa təmsilçisi bununla bağlı sosial şəbəkələrdəki səhifələrdə həm Azərbaycan həm də türk dilində "Ailəmizə xoş gəldin" başlıqlı video paylaşıb. "Neftçi"dən ayrılan 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

2017-ci ildən "Neftçi"də çıxış edən Ələskərov 2020/2021 mövsümündə komandası ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi geridə qalan mövsümdə 19 qolla çempionatın bombardiri adını da qazanıb.

0