“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Aberdin” (Şotlandiya) ev oyunlarını keçirdiyi “Pittodri” stadionunu vaksinasiya mərkəzinə çevirib.
Hit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, bu gündən arenada koronavirusa qarşı peyvəndləmə məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilib.
“Aberdin” “Qarabağ”la ilk matçını avqustun 19-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-da, Şotlandiyada olacaq.