Türkiyə təmsilçisi “Qalatasaray” Avropa Liqasında növbəti oyununu keçirib.
HİT.az xəbər verir ki, İstanbul təmsilçisi pley-offun ilk matçında “Randers”lə üz-üzə gəlib.
Danimarkada keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Muhammed Akturkoglu 26-cı dəqiqədə fərqlənib.
Lakin “sarı-qırmızılar” üstünlüyünü qoruya bilməyiblər. Fasilədən sonra meydan sahibləri bərabərlik qoluna imza atıb və görüş sülhlə başa çatıb – 1:1.
Qeyd edək ki, komandalar bir həftədən sonra İstanbulda qarşılaşacaq.