“Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır”.
Bu fikirəri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada “Aberdin”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını bildirib: “Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq”.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Report