"Neftçi"nin baş məşqçisi azarkeşlərlə insidentə görə cəzalandırıldı

İDMAN
22:59 / 26.08.2021
1051

israildə "Makkabi" (Hayfa) klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Neftçi"nin baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident baş verib.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bu səbəbdən matçın baş hakimi aleksandr Stavrev 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib.

"Ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşənlər azarkeşlərlə bağlı UEFA nümayəndəsinə şikayət ediblər.

Hazırda ikinci hissə oynanılır və "Neftçi" 0:3 hesabı ilə uduzur.

Qeyd edək ki, Samir Abasov daha əvvəl yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) analoji səbəbə görə cəzalanmışdı.

0