Dünən koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov sabah dəfn olunacaq.
Bu barədə "Qafqazinfo"ya mərhumun qızı Rəna İbrahimova məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi sabah saat 12:00-da Yasamal qəbiristanlığında ("Qurd qapısı") keçiriləcək.
Qeyd edək ki, daha öncə Aydın İbrahimovun nəvəsi Nərminə Məmmədova açıqlama verərək, babasının dəfni üçün heç bir qurum tərəfindən yer ayrılmadığını bildirmişdi.