\"Emin Mahmudovun zərbəsi öldürücü idi\"

23:53 / 04.09.2021
1723

"2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü günahkar bilməliyik".

Hit.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis görüş ərzində çox qol epizodu yaratdıqlarını bildirib: "3:1 və ya 4:1 hesablı qələbəyə layiq olduğumuz qarşılaşma idi".

Kenni Emin Mahmudov ilk hissədə vurduğu qol haqqında bunları söyləyib: "Mahmudov cərimə meydançasından kənarından baxımlı qolla yadda qaldı. Daha əvvəl belə qollarını görmüşük. Onun önünü daha çox bağlamalı idik. Mahmudovun zərbəsi öldürücü idi".

0