FİFA DÇ-2022-nin seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya - Argentina matçı ilə bağlı bəyanat yayıb.
Hit.az xəbər verir ki, qurum rəsmi saytı vasitəsiıə baş. verənlərin araşdırılacağını bildirib:
"DÇ-2022-də seçmə mərhələnin Braziliya-Argentina matçının dayandırılmasından təəssüflənirik. Bu hal milyonlarla azarkeşin dünyanın ən önəmli iki futbol ölkəsinin oyunundan zövq almasına mane oldu. İlk rəsmi hesabatlar FİFA-ya göndərildi. Bu məlumatlar intizam komitəsinin səlahiyyətli şəxsləri tərəfindən təhlil ediləcək və bundan sonra qərar veriləcək".
"Arena Corintians"da keçirilən Braziliya - Argentina matçının ilk dəqiqələrində Braziliyanın Milli Sağlamlıq Nəzarət Təşkilatı İngiltərə klublarından gələn 4 futbolçunu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Buna səbəb onların karantin qaydalarını pozması göstərilib.
Qaydalara görə, İngiltərədən gələn futbolçular 14 gün karantində qalmalıdır.