"Dünən oyunun asan keçməyəcəyini demişdim. Çox güclü rəqibə qarşı oynayırdıq.Portuqaliya bu görüşdən öncə yoxlama matçı keçirmişdi. Meydanda bizdən daha diri idi. Bu gün texniki fərq də özünü göstərdi".
Hit.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Bakıda Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
İtaliya mütəxəssis bildirib ki, bəzi oyunçuların meydana çıxmaması çətinlik yaratdı: "Mövsümün əvvəlidir. Bəzi futbolçular fiziki baxımdan əziyyət çəkir. Enerji çatmayanda problem yaranır".
65 yaşlı baş məşqçinin sözlərinə görə, addım-addım irəliləmək lazımdır: "İlk növbədə başa düşməliyik ki, qrupun 5-ci komandasıyıq. Əvvəlcə bu mövqedən çıxmalıyıq. Mən sehrbaz deyiləm. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır.