Dünya çempionatı tarixində ilk dəfə idmançılara pul mükafatı veriləcək

İDMAN
18:31 / 16.09.2021
1113

Beynəlxalq Boks Federasiyası Serbiyanın Belqrad şəhərində keçiriləcək kişilər arasında boks üzrə dünya çempionatında ilkə imza atacaq.

Hit.az xəbər verir ki, bu haqda federasiyanın rəsmi saytı məlumat yayıb. AİBA 75 illik tarixində ilk dəfə olaraq boks üzrə dünya çempionatında yer tutmuş idmançıları pul mükafatı ilə təltif edəcək. Sözügedən yarışın mükafat fondu 2,6 milyon ABŞ dolları olacaq. 

Hər çəki dərəcəsində dünya çempionatının qaliblərinə 100, gümüş medalçılara 50, "bürünc" qazananlara isə 25 min dollar müakafat veriləcək. Bu haqda AİBA-nın baş katibi İstvan Kovaç danışıb. O bu təşəbbüsün boksçular üçün vacib olduğunu vurğulayıb: "AIBA ilk dəfə Dünya çempionatının medalçılarını maddi cəhətdən mükafatlandıracaq və belə də olmalıdır. AIBA-nın ən yaxşı turnirində yer tutmaq üçün hazırlıq keçən boksçuların səylərini nəzərə alsaq, onlar buna layiqdirlər. Bu inkişafın boksçularımız üçün böyük bir fayda olacağını bilirik. AIBA prezidenti cənab Umar Kremlev bildirib ki, onlar nəinki rinqdə uğur qazanmalı, həm də özlərini təmin edərək çiçəklənməlidirlər. AİBA idmançılarına həm də əlavə pul qazanmaq üçün ədalətli şans verir. Bu imkanların boksçular üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirəm. Bu şansı qazananlara və idmançılara belə imkanlar yaratdığımız üçün xoşbəxtəm. Davamlı bir boks yolu qurmaq məqsədimizə doğru atılan böyük bir addımdır".

Belqradda təşkil olunacaq Dünya çempionatı oktyabrın 24-də keçiriləcək və noyabrın 6-na qədər davam edəcək. 

0