İDMAN
22:59 / 16.09.2021
304

“Qarabağ” qrupun favoriti ilə heç-heçə etdi

Bu gün “Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

HİT.az xəbər verir ki, Ağdam təmsilçisi startda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, H qrupunun digər oyununda keçirilən “Kayrat” (Qazaxıstan) -  “Omoniya” matçı da qolsuz başa çatıb.

0