Bekhemin klubu Messi ilə danışıqlar aparır

İDMAN
19:47 / 17.09.2021
1542

ABŞ-ın "İnter Mayami" klubu Fransa PSJ-sinin futbolçusu Lionel Messi ilə müqavilə bağlamaq istəyir.

Hit.az-ın məlumatına görə, bu barədə Amerika komandasının hücumçusu Qonsalo İquain açıqlama verib. 34 yaşlı forvard danışıqların gedişindən xəbərsiz olduğunu bildirib. Lakin onun fikrincə, tezliklə anlaşma əldə olunmayacaq: "Klubumuz Messi ilə müqavilə bağlamaq istəyir. Baxaq, görək, necə olur".

Qeyd edək ki, Lionel Messi PSJ ilə sonradan daha 1 mövsüm uzadıla bilməsi şərti əsasında 2 illik müqavilə bağlayıb. "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur. (Report)

0