Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusa yoluxub və "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.
"Yeni klinika"dan Hit.az-a verilən məlumata görə, Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır.
Xəstədə 85% ağciyər tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil.