İspaniya millisinin sabiq futbolçusu Dieqo Kosta pulların yuyulması və qumar oyunlarının təşkilində şübhəli sayılır.
Hit.az-ın məlumatına görə, Braziliya polisi hücumçunu cinayətkar sxemi maliyyələşdirməkdə ittiham edir.
Futbolçunun evində də axtarış aparılıb. Onun şərəfini qoruduğu “Atletiko Mineyro” Dieqo üçün vəkil tutub. 32 yaşlı forvard da günahkar olduğunu etiraf etməyib.
Qeyd edək ki, Kosta bu ilin avqustunda “Atletiko Mineyro”ya keçib.
oxu.az