Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda başından zədələnmiş "Qarabağ"ın futbolçusu Filip Ozobiçə matçdan dərhal sonra tibbi yardım göstərilib.
Bu barədə "Report"a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, final fitindən sonra xorvatiyalı yarımmüdafiəçinin başına 6 tikiş qoyulub.
Qeyd edək ki, "Omoniya" - "Qarabağ" matçı Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.