Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
HİT.az xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə üz-üzə gəlib.
Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri bu matçdan da məğlubiyyətlə ayrılıb. Bakı Olimpiya Stadionundakı görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq
***
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.
Qonaq komandanın hücumçusu Kallum Robinson ikinci topu meydan sahiblərinin qapısından keçirib.
***
Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.
7-ci dəqiqədə qonaqların futbolçusu Kallum Robinson fərqlənib.
***18:55
Bakıda 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Azərbaycan və İrlandiya milli komandalarının start heyətəri açıqlanıb.
Yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi
İrlandiya: 1Bazunu (GK)2Doherty4Duffy5EganC6Cullen7Robinson9Idah11McClean13Hendrick15Horgan22Omobamidele
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli
Baş məşqçi: Stiven Kenni
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq./"report"