Hazırda Türkiyənin “Fənərbağça” klubunda çıxış edən tanınmış futbolçu Məsut Özil özünə məxsus kriptovalyutanı dövriyyəyə buraxmağa hazırlaşır.
Yayılan məlumatlara əsasən, rəqəmsal pul idmançının ötən il təsis etdiyi “M10Streetwear” markası altında istifadəyə veriləcək.
Kriptovalyutanın alıcıları onu bitkoinə dəyişə biləcək, həmçinin markanın məhsularını alarkən endirim əldə edəcəklər. Onlardan bəziləri isə Özillə şəxsi görüş fürsəti qazanacaq.
oxu.az