Azərbaycan millisi Serbiyaya uduzdu - YENİLƏNİB

İDMAN
00:40 / 13.10.2021
1361

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

HİT.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi yığmamız A qrupunun 8-ci turunda Serbiyanın qonağı olub və 1:3 hesabı ilə uduzub.

Aktivində cəmi 1 xal olan millimizi qrupda sonuncu pillədə qərarlaşıb.

A qrupunun digər matçında Portuqaliya Lüksemburqu qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

12 oktyabr

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, 8-ci tur

 

Serbiya – Azərbaycan 3:1

Qollar: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1), Vlahoviç, 53 (2:1), Duşan Tadiç, 83-pen (3:1)

0