Azərbaycanlı futbol hakimi Avropada karantinə alındı

18:12 / 22.10.2021
1740

Azərbaycanlı futbol hakimi Zeynal Zeynalov koronavirusa yoluxub.

Bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, Zeynal Zeynalov UEFA Avropa Konfrans Liqasının dünən keçirilmiş “Yablonets” (Çexiya) – “Ranners” (Danimarka) qarşılaşmasında yan xətt hakimi funksiyasını yerinə yetirməli idi.

Lakin onun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib.

Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.

Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev oktyabrın 23-də Bakıya dönəcək. Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.

Qeyd edək ki, bu matçın 90-cı dəqiqəsində Əliyar Ağayevin təyin etdiyi penalti sayəsində qonaq komanda “Raners” məğlubiyyətdən xilas olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

0