Premyer Liqa klubundan baş məşqçiyə 13 milyon avroluq təklif

İDMAN
09:48 / 28.10.2021
737

Stiv Bryusla yollarını ayıran “Nyukasl” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Hit.az-ın məlumatına görə, Premyer Liqa klubunun yeni rəhbərliyi “Ayaks”ın çalışdırıcısı Erik ten Haqın xidmətində maraqlıdır.

“Sağsağanlar” niderlandlı mütəxəssisi razı salmaq üçün ona illik 13 milyon avro maaş təklif etməyə hazırlaşır. İngiltərə Premyer Liqasında hazırda yalnız Yurgen Klopp və Pep Qvardiola bundan daha çox qazanır.

Qeyd edək ki, Erik ten Haq apreldə “Ayaks”la müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb

0