"Yeni layihələri təqdim etmək üçün nazirlə görüşmək istəyirəm"- Dünya çempionu

İDMAN
09:16 / 29.10.2021
2035

"Bir neçə dəfə yeni təyin olunmuş Gənclər və İdman naziri Fərid Qayıbovla göruşmək üçün nazirliyə ərizə ilə müracət etmişəm. Amma aradılan süni əngəllər nəticəsində müraciətim rəhbərliyə təqdim olunmayıb".

Bu sözləri HİT.Az-a dördqat dünya çempionu Anar Süleymanov deyib. Dünya çempionu nazirlə görüşünün əsas məqsədinin şikayət yox, idmanın inkişafı naminə layihə təqdim etmək olduğunu bildirib:

"Bəlkə də düşünürlər ki, məqsədim özümə qarşı edilən haqsızlıqlarla bağlı narazılığımı qabartmaqdır. Amma məqsədim idmanın inkişafı naminə hazırladığım layihələrin həyata keçməsi üçün nazirdən dəstək istəməkdir. Düşünürəm ki, bu layihələr Fərid Qayıbov tərəfindən maraqla qarşılanacaq.

Ümid edrəm ki, cənab nazirin aparacağı islahatlar nəticəsində idman sektorunda ciddi dəyişikliklər olacaq, inkişaf edəcək. Bunun üçün mən də həm bir idmançı, həm də gənclərlə çalışan bir vətəndaş olaraq əlimdən gələn köməyi etməyə hazıram. Bu səbəbdən nazirlə görüşmək istəyirəm".

Orxan

0