Dünya çempionu olan Güney azərbaycanlı idmançı acınacaqlı vəziyyətdə - Küçədə siqaret satır

14:38 / 29.10.2021
1000

Dünya səviyyəli idmançı, yüngül atletka üzrə yeddiqat dünya və Asiya çempionu Səccad Pirayqırçəmən mətbuata müsahibəsində on ildir işsiz olduğunu və bu müddətdə məsul şəxslərin onu iş vədləri ilə aldatdığını deyib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Təbriz şəhərinin Sarı zəmi məhəlləsində ata evində yaşayan, 28 yaşlı eşitmə əngəlli Pirayqırçəmən hazırda səyyar siqaret satıcılığı ilə məşğuldur.

O, iki ay əvvəl eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb.

“10 ildir iş vədi ilə məni süründürürlər. Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktublar nəticəsiz qalıb. Nə ev, nə maşın? nə də başqa bir umacağım yoxdur. Sadəcə işlə təmin olunmaq istəyirəm. Eşitmə əngəlli atamdan məşqlər üçün pul almaqdan utanıram”, - deyə o qeyd edib. (oxu.az)

0